ABŞ-da demokratların prezidentliyə namizədi Cozef Bayden respublikaçı Donald Trampı məğlub etmək üçün lazım olan 270 seçici kollegiyası səsini qazanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı CNN telekanalı proqnoz verib.

Dəyərləndirmələrə uyğun olaraq, C.Bayden Pensilvaniya ştatında qalib gəlib. Namizəd seçkini qazanmaq üçün 538 seçici kollegiyası səsindən 270-ni yığmalıdır.

Beləliklə, indi Bayden 273, Tramp isə 213 seçici səsi qazanıb.

Donald Tramp ABŞ-ın Prezidenti Seçildi
Donald Tramp – ABŞ-ın 45-ci prezidenti

Donald Tramp prezident seçkilərində böyük fərqlə qələbə qazandığını elan etdi

Eyni zamanda ABŞ-ın indiki prezidenti Donald Tramp prezident seçkilərində böyük fərqlə qalib gəldiyini açıqlayıb. Bunu respublikaçıların namizədi öz “Twitter” səhifəsində yazıb.

“Bu seçkiləri böyük fərqlə qazandım!” –  D.Tramp öz “Twitter” hesabında böyük hərflərlə yazıb.

Öncəki xəbərİlham Əliyev daha 16 kəndimizin işğaldan azad olunduğunu elan etdi
Sonrakı xəbərDonald Tramp: Prezidenti KİV-in xəbərləri deyil, qanuni səslər seçir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın