Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalıların könüllü şəkildə ölkələrinə qaytarılması üçün planlaşdırılan layihəni açıqlayıb.

YALAN.info bildirir ki, Ərdoğan Türkiyənin nəinki suriyalı qaçqınlara qapılarını açıb, həm də onların evlərinə qayıtmaları üçün əlindən gələni etdiyini bəyan edib.

“Türkiyənin Suriyadakı faciə ilə əlaqədar sərhədyanı əməliyyatlara başladığı 2016-cı ildən bu yana təxminən 500 min suriyalı təhlükəsiz bölgələrə qayıdıb. Biz bunu könüllü qayıdış layihələri ilə dəstəkləyirik. İndi biz bir milyon suriyalı qardaşımızın könüllü geri qayıtmasını təmin edəcək yeni layihənin hazırlanması mərhələsindəyik”, – Türkiyə lideri bildirib.

https://www.youtube.com/watch?v=Efp1Qaw5EK4
SON DAKİKA I Cumhurbaşkanı Erdoğan, Suriyelilerin Dönüşü İçin Planlanan Projeyi Duyurdu

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın