“Heç bir Qərb ölkəsinin bacara bilmədiyini Türkiyə bacarıb. Bu görüşü (Ukrayna, Türkiyə və Rusiya XİN başçılarının görüşü – Red.) danışıqlar prosesinin başlanğıcı olaraq dəyərləndiririk”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar bildirib.

“Görüşdə humanitar dəhlizlərin yaradılması mövzusunda israr etdik, ancaq Rusiya tərəfi hələ bu məsələni müzakirə edir və rəsmi cavab verməyib. Ukrayna və Türkiyə tərəfi qan tökülməsinin dayandırılması, humanitar dəhlizin yaradılması məsələsində həmfikirdir”, – diplomat deyib.

Onun sözlərinə görə, Ukraynanın təslim olması, ya da Rusiyanın irəli sürdüyü ultimatomları qəbul etməsindən söhbət gedə bilməz. Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar Türkiyənin Antalyada ev sahibliyi etdiyi sammitdə Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında görüşün də gündəmdə olduğunu bildirib.

“Görüşün Türkiyə üzərindən təşkilini də müzakirə etdik. Müharibə başlayandan bəri raketlərin atıldığı, ya da təyyarələrin qalxdığı yerdə danışıqlar aparmaq istəmədiyimizi bildirdik. Cənab prezidentimiz o vaxt mümkün görüş yeri olaraq İstanbuldan danışırdı”, – Bodnar deyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın