Ukraynalı qaçqınlar fövqəladə vəziyyət planına uyğun olaraq üç ilə qədər Avropa Birliyində (AB) yaşamaq və işləmək hüququ əldə edəcəklər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bir həftə öncə Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynada demək olar ki, 875 min insan evlərini tərk edib. Belə ki, onların yarıdan çoxu (454 min nəfər – Red.) Polşaya, 116 min nəfəri Macarıstana, 67 min nəfəri Slovakiyaya, 45 min nəfəri Rumıniyaya, 79 min nəfəri isə AB-yə daxil olmayan Moldovaya gedib.

AB Ukrayna vətəndaşlarına və ölkə sakinlərinə sığınacaq prosedurlarından keçmədən dərhal bir ilədək yaşamaq, işləmək, tibbi xidmət almaq, mənzil almaq və təhsil almaq hüququnu verib.

“Əgər münaqişə uzun müddət davam edərsə, ya da qaçqınlar sağ-salamat geri qayıda bilmirsə, bu status daha iki il də uzadıla bilər. Ukrayna vətəndaşları artıq AB-yə 90 günlük vizasız giriş imkanına malikdirlər, ancaq AB qanunvericiliyində bu misli görünməmiş dəyişiklik həmin müddətdən sonra onların statusuna zəmanət verir”.

Vətəndaşlığı, ya da daimi yaşamaq hüququ olmayan şəxslər – yəni əcnəbilər, əcnəbi tələbələr AB-də qalmaq hüququ əldə etməyəcəklər, ancaq onların öz ölkələrinə qayıtmalarına köməklik göstəriləcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın