“Amerika Birləşmiş Ştatlarında inflyasiyanın artmasının səbəbləri Ukraynadakı durum və pandemiyadır”.

YALAN.info bildirir ki, bununla bağlı ABŞ Prezidenti Cozef Bayden (Joseph Biden) Ağ Evdə çıxışı zamanı bildirib.

“Yüksək inflyasiyanın iki başlıca səbəbi var. Birinci səbəb əsrdə bir dəfə belə miqyasda baş verən pandemiyadır. Ukraynadakı durum isə ərzaq məhsullarının qiymətinin artmasına səbəb olub. İndi Ukrayna anbarlarında 20 milyon ton taxıl var. Biz onu dünya bazarına çıxarmağın yolunu tapmağa çalışırıq ki, bu da qiymətlərin aşağı düşməsinə səbəb olacaq”, – Bayden deyib.

Bayden inflyasiya ilə mübarizəni prioritet məsələlərdən biri hesab etdiyini də vurğulayıb. “İnflyasiyaya çox ciddi yanaşıram. Bu, mənim ölkə daxilində əsas prioritetimdir. Əksər iqtisadçılar düşünür ki, bu problemi həll etmək doğurdan da çətin olacaq. Ancaq bu, xərclərə görə deyil”, – ABŞ lideri əlavə edib.

Beynəlxalq Valyuta Fondunun apreldə yayımladığı hesabata görə, ABŞ-da inflyasiya son 40 ilin ən yüksək həddinə çatıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın