“Elbaşı hər kəsi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ətrafında sıx birləşməyə çağırıb”.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu ölkənin birinci Prezidenti – Elbaşı Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay söyləyib.
“Elbaşı indi Nur-Sultandadır. Xahiş edirəm yalan və spekulyativ məlumatlar yaymayın. Elbaşı bir sıra məşvərətçi görüşlər keçirir və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birbaşa təmasdadır”, – o vurğulayıb.