Son bir həftə ərzində Burkina-Fasonun şimalındaki üç kənddə silahlılar 170-ə yaxın sakini öldürüblər.

YALAN.info bildirir ki, bununla bağlı Uahiquya rayon prokuroru Əli Benjamin Kulibali məlumat verib.

“Əldə edilən məlumatlar Şimal bölgəsinin Komsilqa, Nodin və Soroe kəndlərində 170 nəfərin öldüyünü göstərir”, – deyə o bildirib.

Kulibalinin sözlərinə görə, hücum haqqında ilk dəfə fevralın 25-də məlumat daxil olub. İndi kəndlərə hücum edən silahlıların hansı qruplaşmaya aid olduğu aydınlaşdırılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın