Burkina-Fasonun şimal-qərbində silahlılar gecə həbsxanaya hücum zamanı 60 məhbusu azad ediblər.

YALAN.info bildirir ki, bununla bağlı “Reuters” təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən bildirib.

Məlumata görə, yaraqlılar qaçmazdan öncə ofisləri qarət edib və avtomobilləri yandırıblar.

Təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, gecəyarı “Kalaşnikov” avtomatları və pulemyotlarla silahlanan yaraqlılar avtomobil və motosikletlərdə Nuna şəhərinə soxulublar. Onlar şəhər həbsxanasından bütün məhbusları azad ediblər.

Burkina-Faso son on ildə qonşu Malidən gələn və hər həftə şiddətli hücumların baş verdiyi silahlılarla mübarizə aparır. Bölgədə minlərlə insan həlak olub, milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Həbsxanaya hücum zamanı heç kim ölməyib, ancaq təhlükəsizlik orqanlarındakı mənbələrə görə, bir könüllü döyüşçü yaralanıb.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın