İsrail Müdafiə Ordusu 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında HƏMAS-ın iki briqada komandiri və 19 batalyon komandiri də daxil olmaqla doqquz mindən çox radikal yaraqlını məhv edib və 30 minə yaxın hədəfə hücum edib.

YALAN.info bildirir ki, bununla bağlı İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidmətinin müharibənin ilk 100 gününün nəticələrinə dair dərc etdiyi yekun hesabatında yer alıb.

Qeyd edilib ki, hərbi əməliyyatlar başlayandan bəri Qəzzadan İsrail ərazisinə doqquz minə yaxın raket və mərmi atılıb. Oktyabrın 7-dən bəri İsrail ordusu bu zolaqda 30 minə yaxın radikal hədəfə, o cümlədən HƏMAS-ın 3400 hərbi obyektinə hücum edib. Hərbi kəşfiyyat Qəzza zolağında 2300-ə yaxın terrorda şübhəli bilinən fələstinlini dindirib, onlardan bəziləri həbs olunaraq əlavə sorğu-sual üçün İsrailə aparılıb.

Hərbçilər həmçinin bildiriblər ki, Qəzza zolağına humanitar yardım aparan 7653 yük maşını İsrailin nəzarətindən keçib və Fələstin anklavına təxminən 138 min ton yük çatdırılıb.

Qarşıdurma başlayandan bəri Livanda “Hizbullah” hərəkatının təxminən 170 mövqeyinə hücum edilib və 170-dən çox silahlı radikal məhv edilib. Bu müddət ərzində Livandan İsrailə iki minə yaxın raket, Suriya ərazisindən isə daha 30-a yaxın mərmi atılıb.

Qeyd olunur ki, oktyabrın 7-dən bu günə qədər İordan çayının qərb sahilində axtarışda olan 2600-dən çox fələstinli, o cümlədən 1300-dən çox HƏMAS tərəfdarı saxlanılıb. Hesabatda İordan çayının qərb sahilində 100 gün ərzində ən azı 40 irimiqyaslı reyd keçirildiyi, özəlliklə də terrorda ittiham olunan 14 fələstinlinin evinin dağıdıldığı bildirilir.

İsraillə Fələstin münaqişəsi nəticəsində Qəzzada ölənlərin sayı açıqlandı

İsraillə Fələstin arasında münaqişənin kəskinləşməsi nəticəsində oktyabrın 7-dən bəri həlak olan Qəzza zolağının sakinlərinin sayı 23,9 mini keçib, 60,5 mindən çox insan isə yaralanıb. Bu məlumatı anklavın Səhiyyə Nazirliyi təqdim edib.

Qeyd olunur ki, son 24 saat ərzində ölənlərin sayı 125 nəfər artıb, daha 265 nəfər yaralanıb. Bəyanatda həmçinin qeyd olunub ki, Fələstin anklavında iki milyona yaxın məcburi köçkün ağır şəraitdə yaşamağa məcburdur. Onlar aclıqdan və xəstəliklərin yayılmasından əziyyət çəkirlər.

İsrail Qəzzanın Misirlə sərhədini ələ keçirmək üçün əməliyyat planlaşdırır

İsrail Qəzza zolağının Misirlə sərhədinə nəzarəti ələ keçirmək üçün əməliyyat planlaşdırır. Bununla bağlı öz mənbələrinə istinadən “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Adı açıqlanmayan İsrail və Misir rəsmiləri qəzetə bildiriblər ki, İsrail tərəfi plan barədə Qahirəni artıq xəbərdar edib. Qeyd olunur ki, İsrail təxminən iyirmi il ərzində Qəzza zolağının bir sərhədi istisna olmaqla bütün sərhədlərinə nəzarət edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın