Şimali Atlantika Alyansı (NATO) 13 ölkədən olan 20 mindən çox hərbçinin iştirakı ilə genişmiqyaslı hərbi təlimləri başlayıb.

YALAN.info bildirir ki, hərbi təlimlər Finlandiya, Norveç və İsveçin şimal ərazilərində keçiriləcək.

Qeyd olunub ki, martın 15-dək davam edəcək təlimdə Belçika, Böyük Britaniya, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, İtaliya, Niderland, Norveç, İspaniya, İsveç və ABŞ-dən olan hərbçilər iştirak edirlər. 

Alyans hərbçilərinin bildirdiyinə görə, birgə təlimin əsas məqsədi Skandinaviya regionunun müdafiəsini gücləndirməkdir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın