Proseslər sürətləndikcə, ritorika da sərtləşir və Lavrov (Rusiya XİN başçısı – Red.) artıq bu dəfə konkret hərəkətlərdən danışır.

YALAN.info bildirir ki, bu sözləri erməni politoloq Armen Baqdasaryan Rusiya xarici işlər naziri Sergey Lavrovun Antalya Diplomatiya Forumunda Kremlin Ermənistanla münasibətlərə yenidən baxmağa məcbur edildiyi fikirlərinə açıqlama verərkən veyib.

Armen Baqdasaryan İrəvanın KTMT ilə birlikdə başqa inteqrasiya qurumları haqda da qərar verməsinin önəmli olduğu haqda sözlərini şərh edərkən deyib ki, hələlik Rusiyanın Ermənistana qarşı konkret hansı addımlar atacağı bilinmir:

“Çünki Rusiyanın Ermənistana bir neçə istiqamətdə təsir rıçaqları var. Məsələn, iqtisadi təsir rıçaqları. Rusiyada çoxlu sayda Ermənistan vətəndaşının olması, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması və başqa. Təbii ki, bunların hamısı bizim üçün çox ağrılı məqamlardır və Rusiya Ermənistanın kəskin addımlarına cavab olaraq həmin ağrılı məqamların hər hansı birinə təsir göstərməyə çalışacaq. Ümid edək ki, bu, Ermənistanla Azərbaycan arasında birbaşa təcavüz olmayacaq. Demək çətindir, görəcəyik. Hər halda belə güman edilirdi ki, Ermənistan sərtləşdikcə, Qərbə doğru kəskin şəkildə getdikcə Rusiya da öz təsir rıçaqlarından istifadə etməyə çalışacaq”.

O qeyd edib ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyini də təşkil edə bilər. Politoloq yada salıb ki, Nikol Paşinyanın Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyinə çalışdığını deməsi təsadüfi deyildi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın