Burkina Faso Keçid Milli Assambleyası ingilis və fransız dillərini işçi dillər kimi müəyyən edən və milli dillərə rəsmi status verən konstitusiya dəyişikliyini qəbul edib.

YALAN.info bildirir ki, düzəliş nəticəsində fransız dili rəsmi dil statusunu milli dillərin xeyrinə itirib, ingilis dili isə Burkina Faso administrasiyasında işçi dil statusu qazanıb.

“Milli dillərin rəsmi dil kimi bərqərar olması xalqın dərin arzusudur və hökumət əmindir ki, xalq başqalarının dilində inkişaf edə bilməz”, – deyə sənəddə qeyd olunur. Bundan başqa, bu tədbir əhalinin ictimai həyata daha geniş cəlb olunmasını təmin edir. Dəyişikliyə uyğun olaraq, milli dillər təhsil, ədliyyə və dövlət idarəçiliyi sahələrində ünsiyyət vasitəsinə çevriləcək.

Yada salaq ki, Burkina Fasoda əhalinin təxminən 90 %-nin danışdığı 60-dan çox milli dil var. Onlardan ən çox yayılmışları moore, diula, bissa, daqara, fulfulde, qurmançemadır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın