Dünən Bakı Olimpiya Stadionunda Azərbaycanda keçiriləcək UEFA U-17 Futbol üzrə Avropa Çempionatının açılışı oldu.

2016-cı il 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə (UEFA U-17 Championship 2016 Azerbaijan) Azərbaycan-Portuqaliya oyunu ilə start verildi.

U-17 Avropa Çempionatı 2016, “A” qrupunda ilk tur

A qrupunda mübarizə aparan Təbriz Həsənovun yetirmələri ilk görüşündə Portuqaliya yığması ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən oyunda millimiz 0:5 hesabı ilə məğlub olub. Oyunun geniş icmalına UEFA-nın YouTube video kanalında baxa bilərsiniz: https://www.youtube.com/watch?v=wmgLLCAPhq0

Azərbaycan – Portuqaliya: 0-5

Qollar: Joze Qomes, 4 (0:1),  16 (0:2), Elçin Əsədov, 24-avtoqol (0:3), Migel Luis, 44 (0:4), Qedson Fernandes, 76 (0:5)
Bakı Olimpiya Stadionu

Belçika – Şotlandiya: 2-0

A Qrupunun digər oyununda Belçika millisi Şotlandiyalı həmyaşıdlarını 2:0 hesabı ilə məğlub edib.

Qollar: Korrun, 45 (1:0), Openda, 60 (2:0)
Bakı. 8-ci KM stadionu

Azərbaycan-Portuqaliya (0-5) oyununu rekord sayda azarkeş izlədi

Bakı Olimpiya Stadionunda keçirilmiş A qrupunun Azərbaycan – Portuqaliya (0-5) oyununu rekord sayda – 33 min azarkeş izləyib. Böyük azarkeş dəstəyinə baxmayaraq millimiz böyük hesabla qarmadağın edilib.

İndiyə qədər turnirdə ən çox azarkeş 2009-cu ildə Almaniyanın Maqdeburq şəhərində Almaniya və Hollandiya yığma komandaları arasında keçirilmiş final oyununda qeydə alınıb. Həmin qarşılaşmaya 24 min azarkeş tamaşa edib.

U-17 Azərbaycan yığma komandası turnirdə ikinci oyununu Belçikaya qarşı keçirəcək. Görüş mayın 8-də saat 19:00-da başlayacaq. Növbəti mərhələ uğrunda mübarizəni davam etdirmək üçün millimiz bu oyunda mütləq qalib gəlməlidir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın