“Ermənistan Baş naziri Nikol Paşinyan respublikanın Rusiya ilə müdafiə sektorunda əməkdaşlığı ilə bağlı bəyanatında alçaq ifadələrə yol verib”.

YALAN.info bildirir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Viktor Sobolev Paşinyanın Rusiya barədə bəyanatına fikir bildirərkən deyib.

Parlamentari yada salıb ki, Ermənistanda Rusiya Silahlı Qüvvələrinin hərbi bazası yerləşir. O, Paşinyanın Moskvanın daha İrəvanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməyəcəyi ilə bağlı sözlərinə belə münasibət bildirib.

“Mən bu bəyanata heyrətləndim. Belə ki, Ermənistanda Rusiyanın hərbi bazaları var: aviasiya bazası, bütöv bir diviziya. Və o, belə bir bəyanatlar verir… Görünür, tamamilə ABŞ-nin təsirinə düşüb. Onlar Mərkəzi Asiya istiqamətində, Uzaq Şərqdə, Şimal-Qərbdə anti-Rusiya fəaliyyətini gücləndirirlər. Bu, gözlənilən idi, ancaq onun tərəfindən edilməsi alçaqlıqdır”, – deyə Viktor Sobolev vurğulayıb.

Yada salaq ki, Nikol Paşinyan “İctimai Radio”ya müsahibəsində Rusiyanın “obyektiv və subyektiv” səbəblərə görə artıq Ermənistanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməyəcəyini bəyan edib. O qeyd edib ki, əvvəllər sadalanan sahələrdə əlaqələrin 95-97%-i Rusiyanın payına düşüb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın