UEFA Avropa Liqasının finalçıları məlum olub. Dünən mayın 18-də İsveçrənin Bazel şəhərində keçiriləcək final qarşılaşmasına adını yazdıran komandalar İngiltərənin Liverpul və İspaniyanın Sevilya komandasıdır.

UEFA Avropa Liqası, yarımfinalın cavab oyunları

Sevilya (İspaniya) – Şaxtyor (Donetsk, Ukrayna): 3-1

Qollar: Qameyro, 9 (1:0), Eduardo, 44 (1:1), Qameyro, 47 (2:1), Mariano, 59 (3:1)
İlk oyun – 2:2

İngiltərədə keçirilən oyunda Liverpul İspaniyanın Vilyareal klubunu qəbul edib. Enfild Roud stadionunda baş tutan qarşılaşma ev sahiblərinin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb. İspaniya komandası görüşü azlıqda başa vurub. Oyunun 71-ci dəqiqəsində klubun futbolçusu Viktor Ruis qırmızı vərəqə ilə cəzalandırılıb.


Liverpul – Vilyareal: 3-0, Cabab qarşılaşmasının geniş icmalı

Bu komandaların İspaniyada keçirilən ilk qarşılaşması Vilyarealın 1-0 hesablı qələbəsi ilə başa çatmışdı. Yekun nəticədə (3-1) ingilis klubu finala çıxan tərəf olub. Liverpul sözügedən turnirin finalına sonuncu dəfə 2001-ci ildə vəsiqə qazanıb. Həmin vaxt onlar finalda İspaniyanın Deportivo-Alaves kollektivinə 5-4 hesabı ilə məğlub olmuşdu.

Liverpul” (İngiltərə) – “Vilyarreal” (İspaniya) – 3:0

Qollar: Staric, 7 (1:0), Staric, 63 (2:0), Lallana, 81 (3:0)
Qırmızı vərəqə: Ruiz, 71 (“Vilyareal”)
İlk oyun – 0:1


Sevilya – Şaxtyor: 3-1, Cabab qarşılaşmasının geniş icmalı

Digər yarımfinal qarşılaşmasında İspaniyanın Sevilya kollektivi Ukraynanın Şaxtyor klubunu qonaq edib. Görüş ev sahiblərinin 3-1 hesablı qələbəsi ilə başa çatıb. İlk oyun 2-2 yekunlaşdığından, ümumi nəticəyə görə (5-3) Sevilya ardıcıl üçüncü dəfə turnirin finalına çıxıb.

PES 2016 – UEFA Europa League Final: Sevilya FK vs Liverpul FK

Sonda sizlərə Liverpul – Sevilya finalının Pro Evolution Soccer (PES) simulyasiyasını təqdim edirik. Konami şirkətinin məhsulu olan PES futbol haqqında realistik video simulyasiya oyunlarının istehsalçısıdır.

Final oyununun simulyasiyası 2-1 Sevilyanın qalibiyyəti ilə nəticələnir və ispan klubu Avropa Liqasının kubokuna sahib çıxır.


PES 2016 – UEFA Europa League FINAL – SEVILLA FC v LIVERPOOL FC

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın