İşğaldan azad olunan Suqovuşan qəsəbəsi ərazisində Ermənistan Ordusuna məxsus daha bir hərbçisinin cəsədi aşkarlanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov Trend-ə məlumat verib. O bildirib ki, axtarışlar zamanı tapılan cəsəd Ermənistana təhvil verilib.

Bundan başqa, bu gün saat 16:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonu ərazisində Surik Matevosyan adlı şəxsin yolu azaraq Azərbaycan sərhədini keçib. Müdafiə Nazirliyindən verilən məlumata görə, S.Matevosyan Rusiya sülhməramlılarına təhvil verilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın