“Qarabağ” FK UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayıb.

YALAN.info bildirir ki, H qrupunda yer alan Azərbaycan çempionu ilk oyununu Norveç klubu “Molde”yə qarşı keçirib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşün birinci yarısı tam anlamda Ağdamlıların diktəsi ilə keçib. Çoxsaylı hücumlara baxmayaraq atlılar topu qonaq komandanın qapısından keçirə bilməyib.

Ağdamlılar ikinci yarıda da hücumları artırıblar. Ardıcıl hücumlar 56-cı dəqiqədə bəhrəsini verib. Leandro Andrade qapı qarşısına ötürülən topu tora göndərərək, hesabı açıb. Bu qol həm də oyunun taleyini həll edib. Qarşılaşmada başqa qol olmadığından, “Qarabağ” rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxıblar.

“Qarabağ”: 99. Andrey Lunyov, 2. Mateu Silva, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 18. Juninyo

“Molde”: 1. Yakob Karlstrom, 25. Andres Hagelskyaer, 2. Martin Byornbak, 3. Kasper Oyvann, 28. Kristoffer Hogen, 15. Markus Kaasa, 6. Martin Ellinqsen, 16. Emil Breyvik, 31. Matias Lovik, 9. Veton Berişa, 7. Maqnus VolffEikrem (k)

Qarabağ 1:0 Molde | UEFA Avropa Liqası | İCMAL

Qrupun digər oyununda Almaniyanın “Bayer 04” klubu öz meydanında İsveç təmsilçisi “Hakken”i 4:0 hesabı ilə məğlub edib.

Onu da bildirək ki, II turun oyunları oktyabrın 5-də keçiriləcək. Həmin gün “Qarabağ” “Hakken”in, “Bayer 04” isə “Molde”nin qonağı olacaq.

UEFA Avropa Liqası, H qrupu

#KomandaOQHMVBTFXal
1Bayer Leverkusen11004043
2Qarabag FK11001013
3Molde100101-10
4BK Haecken100104-40

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın