Futbol üzrə Dünya Çempionatı 2018: San-Marino – Azərbaycan: 0-1

Azərbaycan Milli Komandası futbol üzrə Dünya Çempionatı 2018-in seçmə mərhələsi çərçivəsində ilk oyununda səfərdə San-Marino yığması ilə qarşılaşıb.

Görüş sentyabrın 4-də Serravalle şəhərindəki “San Mariono” stadionunda oynanılıb. Qarşılaşmanı Sebastyen Delferyerin başçılığı ilə belçikalı hakimlər briqadası idarə edib.

Oyunun ilk yarısı milli komandamızın böyük üstünlüyü ilə keçib. Futbolçularımız ilk yarıda rəqib komandanın qapısı qarşısında bir neçə təhlükəli qol vəziyyəti yaradıblar. Görüşün 40-cı dəqiqəsində Dmitri Nazarovun cərimə zərbəsindən sonra top qapı dirəyinə toxunaraq meydandan çıxıb. Sonunda, ilk yarının bitməsinə az qalmış milli komandamız istəyinə çatıb. Oyunun 45-ci dəqiqəsində Əfran İsmayılovun sağ cinahdan ötürməsindən sonra Ruslan Qurbanov topu başla qapıdan keçirib – 1:0. İlk yarı bu hesabla başa çatıb.

İkinci yarının 52-ci dəqiqəsində San-Marinonun millisinin heyətində Kristian Brolli kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırılıb. Lakin ev sahiblərinin azlıqda qalması hesabın dəyişməsinə təsir etməyib. Beləliklə, Azərbaycan millikomandası səfərdə San-Marinoya minimal hesabla qalib gələrək Dünya Çempionatı 2018-in seçmə mərhələsinə qələbə ilə başlayıb.


DÇ-2018: San Marino – Azərbaycan 0:1

Azərbaycan Milli Komandası Dünya Çempionatının Avropa üzrə seçmə mərhələsinin “C” qrupunda Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San-Marino yığmaları ilə mübarizə aparır. Bu qrupun başqa oyunlarında Çexiya yığması Şimali İrlandiyanın müqavimətini qıra bilməyib – 0:0. Almaniya millisi səfərdə Norveçin qapısından üç cavabsız top keçirib.

İlk turdan sonra qrupda Almaniya yığması birinci, Azərbaycan millisi isə ikinci sırada qərarlaşıb. Hərəyə bir xalı olan Çexiya və Şimali İrlandiya yığması üçüncü və dördüncüdür. San-Marino beşinci, Norveç isə altıncı sıradadır.

Dünya Çempionatı 2018 seçmə mərhələsi – C Qrupu

Komandalar O Q H M VQ BQ +/- Xal
1 1 0 0 3 0 3 3
1 1 0 0 1 0 1 3
1 0 1 0 0 0 0 1
1 0 1 0 0 0 0 1
1 0 0 1 0 1 -1 0
1 0 0 1 0 3 -3 0

 

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir