“İran kanallarının Azərbaycanın cənub zonasında bizim milli kanalların tezliyində kütləvi yayımlanmasının qarşısını alınması üçün artıq İranla və bu ölkənin uyğun qurumları ilə işlərə başlamışıq. İşlər davam etdirilir. Hesab edirəm ki, yaxın aylarda biz bunu real effektini görəcəyik”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu “Report” informasiya agentliyinə eksklüziv açıqlamasında Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, bu texniki məsələdən daha çox tənzimləmə məsələsidir: “Beynəlxalq Telekommunikasiya Birliyinin tövsiyələrinə uyğun olaraq, davamlı şəkildə bu tezliklərin koordinasiya işi aparılır”.

R.Nəbiyevin sözlərinə görə, Azərbaycanın başqa qonşuları ilə eyni məzmunda problemi yoxdur:

“Bilirsiniz, Rusiya, Gürcüstan və hətta Xəzər üzərindən bizimlə həmsərhəd olan Türkmənistan və Qazaxıstanla bizim hər hansı problemimiz yoxdur. Yeganə olaraq İran kanallarının kütləvi şəkildə bizim cənub zonamızda yayımlanması ilə qarşılaşırıq.”.

Yada salaq ki, 2019-cu ildə Azərbaycana səfər edən İranın keçmiş informasiya və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Yaromi (Mohammad-Javad Azari Jahromi) “Report”a müsahibəsi zamanı bildirmişdi ki, bu sahədə ortaq işçi qrupu yayradılıb və fəaliyyət həyata keçirilir.

“Biz dünya standartlarına uyğun olaraq 2,5 kilometrlik şüa nəzərdə tuturuq. Həmin məsafədə tezliklərə nəzarət etməliyik. İranla Azərbaycanın 370 kilometrlik sərhədi var. Yalnız Ərdəbil vilayəti istiqamətində İran tərəfdə 180 kənd var. Düzdür, bu sahədə işlər görülüb və tezliklərə müdaxilələr azalıb, ancaq 2,5 kilometrlik məsafədə insanlar yaşayır və onlar yenə də müəyyən problemlərlə üzləşirlər. İşçi qrupu davamlı olaraq işləyir və durumun yaxşılaşdırmasına çalışır. Tezlik belə deyil ki, ona bu nöqtədən o tərəfə keçmə deyilsin, bu, dalğadır. Ancaq ona nəzarət etmək lazımdır”, – Məhəmməd Cavad Azəri Yaromi demişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın