Rusiya və Ukrayna arasında son altı ayda ilk əsir mübadiləsi baş tutub.

YALAN.info bildirir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yeni mübadilə çərçivəsində 248 hərbi qulluqçu Rusiyaya qayıdıb. 

Eyni zamanda, Ukrayna prezidenti Volodimir Zelenski mübadilə ilə bağlı məlumatı təsdiqləyərək bildirib ki, azadlığa buraxılan 230 ukraynalı arasında 213 əsgər və çavuş, 11 zabit və altı mülki şəxs var.

“Bu gün hər şeyə, bütün çətinliklərə baxmayaraq, 200-dən çox insanımızı rus əsirliyindən azad edə bildik. Ukrayna mübadilə üçün bütün imkanlardan istifadə edir. Ukrayna hər bir beynəlxalq görüşdə məhbusların qaytarılması mövzusunu qaldırır. Biz nə qədər çox rusu əsir götürsək, mübadilə danışıqları bir o qədər effektiv olar”, – prezident bildirib.

Yada salaq ki, tərəflər sonuncu dəfə 2023-cü ilin avqustunda hərbi əsirlərin mübadiləsini həyata keçiriblər. Bu Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun başlanmasından bu yana ən böyük əsir mübadiləsi olub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın