Son günlər yunan-Roma güləşçisi Rəsul Çunayevin Azərbaycanı tərk edəcəyi barədə məlumatlar yayılıb.

YALAN.info bildirir ki, idmançı bu iddialara öz Instagram sosial şəbəkəsindəki hesabında aydınlıq gətirib.

İlk öncə Azərbaycan Respublikasının Müstəqillik günü münasibətilə hərkəsi təbrik edən Rəsul Çunayev bildirib ki, izləyiciləri ilə bölüşmək istədiyi məlumatlar var. Onun sözlərinə görə, son günlər sosial şəbəkələrdə doğru olmayan xəbərlərdə deyilir ki, guya o, ölkəni tərk edir və altda da qeyd olunur ki, rəsmi olmayan məlumatlardır.

O bildirib ki, yayılan məlumatlar dezinformasiyadır: “Mən heç yerə getməmişəm və getmək fikrim də yoxdur. Harasa yalnız Azərbaycanı təmsil etmək üçün gedə bilərəm. Rəsul Çunayevin ürəyi Azərbaycanla döyünür. Bunu hər zaman yadda saxlayın”.

Yada salaq ki, Azərbaycanın tanınmış güləşçilərindən olan Rəsul Çunayev yunan-Roma güləşi üzrə 2015-ci il Dünya və Avropa Çempionu, Avropa Oyunlarının birincisi, 2016-cı il Olimpiya Oyunlarının bürünc mükafatçısı və 2015-ci il Dünya Kubokunun qalibidir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın