Futbol üzrə İsveç millisinin keçmiş üzvü Zlatan İbrahimoviç skandinaviyalıların Dünya Çempionatı 2018-dəki (DÇ-2018) uğurlu çıxışına münasibət bildirib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, 36 yaşlı futbolçu İsveç yığmasının mundialda daha da irəli gedə biləcəyini istisna etməyib.

“Hələ dünya çempionatının başlamasından öncə demişdim ki, onlar çox irəli gedəcəklər. Hətta kuboku da qazana bilərlər. Çox sevinirəm. İsveçli olduğuma görə qürur duyuram. Qələbəni qeyd etmək üçün İsveç bayrağı ilə gəzirdim.

Mən bütün dünyanı tuta bilmişəm, indi isə İsveçin sırasıdır. Onlar da dünyanı ələ keçirmək üzrədirlər. Kim olursa olsun, İsveçin rəqiblərini çətin oyun gözləyir. Məncə, hər kəs bunu yaxşı başa düşür. Onlar bunu göstərdilər və eyni ruhla da davam edirlər”, – deyə o bildirib.

İbrahimoviç başqa qitə təmsilçiləri ilə qarşılaşdırdıqda Avropa zonası üzrə çıxış edən yığma komandaların İsveç üçün daha çətin rəqib olduqlarını vurğulayıb:

“İsveçrə ilə oynamaq çətin olacaq, çünki bu, Avropa qarşıdurmasıdır. İsveç Avropanı təmsil etməyən iki yığmanı udsa da, Almaniyaya uduzdu. Ancaq bunun bir anlam verdiyinə inanmıram. Onların hər şeyin ən doğrusunu edəcəyindən əminəm. Bizə isə komandanı dəstəkləmək qalır”.

Sweden v Korea Republic – 2018 FIFA World Cup Russia™ – Match 12

Germany v Sweden – 2018 FIFA World Cup Russia™ – Match 27

Mexico v Sweden – 2018 FIFA World Cup Russia™ – Match 44

Yada salaq ki, İsveç iyulun 3-də 1/8 final çərçivəsində İsveçrə ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın