Ağ Ev Administrasiyasının indiki rəhbəri Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkisində iştirak etmək barədə qərar verib.

YALAN.info bildirir ki, bununla bağlı Cozef Bayden (Jozeph Biden) ABŞ-ın keçmiş prezidenti Barak Obamaya deyib.

“Bayden özünü Donald Trampa qalib gələ biləcək yeganə şəxs kimi görür”, – Obama və Bayden arasındakı söhbətlərdən xəbərdar olan mənbə bildirib.

Ağ Ev Bayden və Obama arasındakı danışıqları şərh etməyib. Bayden müşavirlərindən biri prezidentin yenidən namizəd olmaq niyyətində olduğuna dair ictimai şərhlərinə işarə edib. Keçən həftə yayımlanan CNBC sorğusu göstərib ki, amerikalıların yalnız 38 faizi Baydenin prezident kimi gördüyü işləri bəyənir, 53 faizi isə narazıdır.

Şiddətli siyasi küləklər və zəif təsdiq reytinqlərindən başqa, Baydenin gələcəyi ilə bağlı sualları alovlandıran onun yaşıdır. Belə ki, 79 yaşlı Bayden 78 yaşında vəzifəyə gələn ən yaşlı prezident idi. Əgər növbəti prezident seçkilərində də namizəd olsa, ikinci müddətinin əvvəlində onun 82 yaşı olacaq.

Yada salaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək növbəti prezident seçkisində iştirak imkanını ciddi şəkildə nəzərdən keçirdiyini açıqlayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın