Bakı sakini borca görə elektrik enerjisinin bir ay müddətdən tez kəsilməsindən şikayət edir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı-nın məlumatına görə, Binəqədi rayon sakini Zaur Nurullayev Oxu.Az-a deyib ki, yaşadığı Mir Cəlal 72 ünvanında elektrik enerjisi qanunsuz kəsilib:

“İyunun 4-də ötən ay üçün 26 manat ödəniş etdim. İyunun 15-də isə əvvəlki 30 günlük istifadəylə bağlı bildiriş verilib.

İyunun 27-də Azərişıq Açıq Səhmdar Cəmiyyətinin işçiləri gəlib işığımızı kəsiblər. Onlara dedim ki, Nazirlər Kabinetinin qərarına görə, mənim bildiriş verildiyi gündən sonra ödəniş etmək üçün bir ay vaxtım var.

Qurumun qaynar xəttinə zəng edib maraqlandım. Onlar da mənim haqlı olduğumu vurğuladılar və telefonun dəstəyini asdılar”.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat rəhbəri Tanrıverdi Mustafayev Oxu.Az-a açıqlamasında bildirib ki, paytaxt sakini tərəfindən quruma şikayət daxil olmayıb:

“Həmin vətəndaş bizə müraciət etsin, məsələ araşdırılacaq və tədbirlər görüləcək.

Əhaliyə verilən elektrik enerjisi bir ay istifadə edilir, sonra isə bildiriş verilir. Abonent də həmin vaxt haqqını ödəyir. Hər şey qanun üzrə həyata keçirilir. Qanuna uyğun olaraq bildiriş verildikdən sonra 30 gün boyunca ödəniş edilməsi üçün vaxt verilir”.

Hüquqşünas Səməd Vəkilov bildirib ki, vətəndaşa xəbərdarlıq edilmədən elektrik enerjisini kəsmək qadağandır:

“Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli “Elektrik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında qərarına əsasən, istehlakçıya elektrik enerjisinə görə bildiriş təqdim olunandan bir ay sonra həmin pul ödənilməsə, ona xəbərdarlıq edilməlidir. Borc ödənilməsə, elektrik enerjisi kəsilə bilər”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın