Çexiya millisinin futbolçusu Patrik Şik (Patrik Schick) AVRO-2020-nin ən yaxşı qolunun müəllifi üçün hazırlanmış mükafata layiq görülüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 25 yaşlı hücumçuya rusiyalı kalliqraf-rəssam Pokras Lampasın hazırladığı özəl kubok təqdim olunub.

Qeyd edək ki, Patrik Şik Şotlandiyanı 2:0 hesabı ilə məğlub etdikləri D qrupunun I tur qarşılaşmasında fərqlənib. Almaniya “Bayer”ində çıxış edən forvard 52-ci dəqiqədə topu mərkəz xətti yaxınlığından rəqib qapısına göndərib.

https://www.youtube.com/watch?v=eIemYBtqmwQ
UEFA EURO 2020 GOAL OF THE TOURNAMENT from Patrik Schick

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın