Qazaxıstan neftinin Avropaya daşınması Rusiyadakı fırtına səbəbindən boru xəttində yaranan problemə görə dayandırılıb.

YALAN.info bildirir ki, hadisəni şərh edən “Haber Global”ın analitikləri bunun Rusiyanın enerji oyunu olduğunu adlandırıblar.

“Rusiya illərdir ona sadiq olan Qazaxıstana sırf öz maraqları üçün zərbə endirdi. Bu ssenari ilk dəfə deyil ki, həyata keçirilir. Rusiya eyni oyunu Türkmənistan üçün də oynayıb. Türkmənistan ölkə qazının Rusiya tərəfindən 40 dollara alınaraq qat-qat baha satılması fonunda məsələnin yenidən dəyərləndirilməsini tələb edib. Çox keçmədən həmin tranzit boru xəttində nasazlıq meydana gəlib. İndi də eyni plan reallaşdırılır”, – deyə telekanalın süjetində bildirilir.

Video-materialda qeyd olunur ki, Azərbaycan illər öncə Qazaxıstana öz ərazisindən keçməklə tranzit kəmər çəkməyi təklif etdi. Ancaq Astana Rusiyaya üstünlük verdi. İndi isə ən gərəkli bir anda Rusiya Mərkəzi Asiyalı tərəfdaşını yarı yolda buraxdı.

Rusya’nın Enerji Oyunu Ortaya Çıktı!
Öncəki xəbərAzərbaycan XİN: Ermənistan silahlı qüvvələrinin qalıqlarını Qarabağdan çıxarsın
Sonrakı xəbərBeynəlxalq nəşrlər pilotsuz aparata tərif yağdırır: Rusiya texnikasını məhv edən Bayraktar
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın