Türkiyə Respublikasının prezidenti Rəcəb Təyyub Ərdoğan Suriyadakı döyüşlərdən qaçaraq ölkəsinə sığınan suriyalı qaçqınlara Türkiyə vətəndaşlığı veriləcəyini bildirib.

ANS PRESS-in məlumatına görə, Kilis şəhərində suriyalı qaçqınlar üçün verilən iftarda danışan Ərdoğan bildirib ki, vətəndaşlıq məsələsi ilə bağlı Daxili İşlər Nazirliyinə uyğun tapşırılar verib.

“İnanıram ki, qardaşlarımız arasında Türkiyə Respublikasının vətəndaşı olmaq istəyənlər var. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi müəyyən addımlar atıb. Nazirliyimiz xüsusi bölmə vasitəsilə bu yardım göstərəcək və qardaşlarımıza vətədaşlıq veriləcək. Siz vətəninizdəsiniz, sadəcə evinizdən uzaq düşmüsünüz, – T.C. prezidenti R.T.Ərdoğan deyib.


Türkiyə Respublikasının prezidenti Rəcəb Təyyub Ərdoğanın çıxışı

Türkiyənin ərazisində yaradılan sığınacaq və düşərgələrdə 2,7 mln. suriyalı yerləşdirilib.

Suriyada vətəndaş müharibəsi 2011-ci ilin mart ayından başlayıb və bu günə qədər davam edir.

Müharibə hökümət qüvvələri və ABŞ, Avropa Birliyi ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı terrorçu qruplar arasında gedir.

Müharibə nəticəsində yarım milyona yaxın insan həyatını itirib, milyonlarla insan qaçqın düşüb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın