Tanınmış Türkiyəli müğənni Hadisə, 2012-ci ildə Trendyol markasının reklamını etməli olduğu və başqa markaları reklam etməməyə söz versə də, az keçmədən sözünü tutmadığı üçün, 250 min avro məbləğində cərimələnib.

Məşhur türk müğənni Hadisə məhkəmədə uduzub. YALAN.info siyasetinsesi.net-ə istinadən xəbər verir ki, müğənni, Trendyol markası ilə birlikdə çalışmaqla bağlı anlaşmanı pozduğuna görə məhkəmə tərəfindən cərimələnib.

Trendyolun təsisçisi DSM Grupun Hadisəyə qarşı qaldırdığı məhkəmə iddiası ilə bağlı dünən qərar verilib. Məhkəmənin qərarına əsasən, Hadisə, 2012-ci ildə Trendyol markasının reklamını etməli olduğu və başqa markaları reklam etməməyə söz versə də, az keçmədən sözünü tutmadığı üçün, 250 min avro məbləğində cərimələnib.

Hadisə Açıkgöz 22 oktyabr 1985-ci ildə Belçikada Anvers şəhəri yaxınlığında yerləşən Mol qəsəbəsində anadan olub. Atası əslən ləzgi, anası isə qumuq kökənlidir.

2009-cu ildə Eurovision Song Contest (ESC) mahnı müsabiqəsində “Düm Tek Tek” mahnısı ilə Türkiyəni təmsil Hadisə 177 xal toplayaraq 4-cü yeri tuta bilmişdi.


Hadisə – Düm Tek Tek (Türkiyə), Eurovision song Contest 2009 Final

Öncəki xəbərT.C. prezidenti R.T.Ərdoğan: Suriyalı qaçqınlara vətəndaşlıq verəcəyəm
Sonrakı xəbərŞahan Gökbakar çox yaxında Receb İvedik 5 filmi ilə gəlir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın