“Litva iqtisadiyyatı durğunluqla üzləşə bilər və bu, ciddi zərbə olardı”.
YALAN.info bildirir ki, BNS-in xəbərinə görə, bununla bağlı Litva Prezidenti Gitanas Nauseda deyib.
“Ən pis ssenariyə görə, tənəzzül olmasa, iqtisadi durğunluq baş verə bilər ki, bu da yetərincə sürətli iqtisadi artıma adət etmiş Litvaya ciddi zərbə olacaq”, – dövlət başçısı vurğulayıb.
Litva Prezidentinin sözlərinə görə, iqtisadi durum sürətlə dəyişir və bu, həm də Ukrayna ətrafında baş verənlərlə bağlı qeyri-müəyyənlikdən asılı olacaq. İndiki iqtisadi durum ciddidir və sürətli həll yolları tələb edir.
“Bu, çox ciddi durumdur və mən deyərdim ki, biz iqtisadi ədəbiyyatda staqflyasiya adlanan, iqtisadi artımın sürətlə aşağı düşdüyü və eyni zamanda inflyasiyanın kəskin şəkildə yüksəldiyi bir fenomenlə üzləşirik. Bu durum o anlamda çox əlverişsizdir ki, bununla mübarizə aparmaq üçün reseptlər tapmaq çox çətindir. Ona görə də düşünürəm ki, biz inflyasiyanın təsirlərini yumşaltmaq üçün insanlara hansı tədbirləri təklif edəcəyimizdən artıq çox narahat olmalıyıq”, – Nauseda əlavə edib.
Bu arada, Litvanın Maliyyə Nazirliyi hələ də 2022-ci ilin sonuna qədər ölkədə iqtisadi artımın davam edəcəyinə ümid edir. Nazirliyin məlumatın görə, bu il yenilənmiş proqnozlara görə, Litvada ÜDM istehsalı 1,6 % artacaq. Maliyyə Nazirliyinin öncəki dekabr proqnozu ÜDM-in 3,7 % artımını nəzərdə tuturdu.