Bildiyimiz kimi, geniş yayılmış sosial media platforması olan Twitter-dən dünya ulduzlarının çoxusu aktiv istifadə edir. Tanınmış müğənnilərdən olan Katy Perry də şəbəkədən çox aktiv şəkildə yararlananlar sırasındadır.
YALAN.info xəbərlər saytının verdiyi məlumata görə, Twitter-in məşhuru Katy Perry 90 milyon izləyiciyə çatıb və bu sayda izləyicisi olan ilk Twitter istifadəçisi kimi rekorda imza atıb.
Uzun müddətdir Twitter-in ən çox izlənilən məşhuru olma rekordunu əlində saxlayan dünyaca məşhur amerikalı müğənni aylıq 310 milyon aktiv istifadəçiyə sahib olan Twitter-in haradasa üçdə biri tərəfindən izlənilir. Ötən ilin avqust ayından ilk sırada olan Perry illərdir yalnız 159 nəfəri izləyir.
Qeyd edək ki, Katy Perry-dən sonra ən çox izlənilən müğənnilər isə aşağdakılardır:
- Justin Bieber (83 milyon izləyici)
- Taylor Swift (79 milyon izləyici)
- Barack Obama (75 milyon izləyici)
Azərbaycan muğənillərinin dəmək olar ki, Twitter hesabı yoxdur.