“1974-dən bəri tətbiq olunan bu embarqonun ləğv edilməsindən sonra Şimali Kipr də tədbir görəcək və gərginlik artacaq”.

YALAN.info bildirir ki, bunu Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar ABŞ-ın Cənubi Kiprə tətbiq etdiyi silah satışı embarqosunu ləğv etməsi ilə bağlı qərarını şərh edərkən deyib.

“Silah embarqosunun ləğv edilməsindən bəhs edirik. Dilədikləri silahlı ABŞ-dan ala biləcəklər. Egey dənizi bölgəsindəki gərginliyi görürük. Lozan Anlaşmasına baxmayaraq, orada militarizasiyanı müşahidə edirik. İndi bu Kiprə də yayılacaq. Belə bir şeyin Kipr məsələsinin həllinə heç bir töhfəsi ola bilməz. Əksinə, bir razılaşma olacaqsa, belə bir ortamda olmaz. Türkiyə Cümhuriyyətinin açıqlamalarını dəstəkləyirik. Biz sadəcə öz haqqımız və hüququmuzu istəyirik”.

Dövlət başçısının fikrincə, bu qərar sonun başlanğıcı ola bilər: “Bu silahlarla nəyə xidmət edəcəklər, nəyin arxasınca gedirlər, bilmirəm. Kiprdə türk-yunan balansı hər zaman olub. Bütün bunlar ŞKTR-nin suverenliyinin önəmini göstərir. Biz varlığımızı Türkiyəyə borcluyuq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın