Keçən il fevralın 24-dən Rusiya Ordusunun Ukraynaya qarşı başlatdığı genişmiqyaslı hücumu nəticəsində məhv edilmiş hərbçilərinin sayı 170 mini keçib.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Oleksandr Ştupun operativ məlumat verib.

Ukrayna Müdafiə Nazirliyi rəsmisinin sözlərinə görə, Rusiyanın genişmiqyaslı işğalının üç yüz doxsan altıncı günündə Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində işğalçıların toplaşdığı ərazilərə 11 zərbə endirib. Həmçinin müdafiəçilər düşmənin “Orlan-10” və “Supercam” tipli PUA-larını vurublar. Raket qoşunları və artilleriya bölmələri öz növbəsində düşmənin 3 idarəetmə məntəqəsini və canlı qüvvə, silah və hərbi texnikanın toplaşdığı 5 ərazini vurub.

Ötən gün boyunca Ukrayna qoşunları toplam 660 rus işğalçısını məhv edib, 15 tank, 15 zirehli döyüş maşını, 8 artilleriya sistemi, iki zenit, 1 zenit maşını, 2 əməliyyat-taktiki səviyyəli PUA, 3 minik avtomobili və 3 xüsusi avadanlıqdan ibarət bölməni məhv edib. Ştupunun bildirdiyinə görə, düşmən əsas səylərini Liman, Baxmut, Avdiyev və Marin ərazilərində hücum əməliyyatları keçirməyə davam etdirir. Müdafiəçilər isə işğalçıların 85-dən çox hücumunu dəf edib.

Оперативна інформація станом на 06.00 26.03.2023 щодо російського вторгнення

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından paylaşılan məlumata görə, bugünədək Ukraynada Rusiya qoşunlarının toplam 170550 (+660) hərbçi ilə birlikdə 3595 (+15) tank, 6947 (+15) zirehli maşın, 2631 (+8) artilleriya sistemi, 522 (+2) reaktiv yaylım atəşi sistemi, 277 (+1) hava hücumundan müdafiə sistemi, 305 (+0) təyyarə, 291 (+0) helikopter, 2216 (+2), 911 (+0) qanadlı raket, 18 (+0) gəmi/qayıq, 5486 (+3) avtomobil texnikası və avtosistern, 282 (+3) xüsusi texnikası məhv edilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın