“Oktyabrın 20-də Zəngilan hava limanının açılışı olacaq”.

YALAN.info bildirir ki, bununla bağlı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.

“Qarabağa gəlincə, bütün region ölkələrinin Azərbaycanın ərazi bütövlüyünə qeyd-şərtsiz və güclü dəstək verməsi önəmlidir”, – Türkiyə lideri vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandakı sammitdən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Ermənistan götürdüyü öhdəliklərə uyğun hərəkət etməlidir.

Türkiyə lideri qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təxribatlarından əl çəkməsi və öncəki öhdəliklərinə uyğun hərəkət edərək mümkün qədər tez sülh və əməkdaşlığa diqqət yetirməsi vacibdir.

“Arzumuz regionumuzda aparılan normallaşma proseslərini uğurla başa çatdırmaq, regional sülh və sabitliyi daimi olaraq təmin etməkdir”, – Ərdoğan vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın