Qazaxıstan paytaxtının adı dəyişdirilib və yenidən Astana adlandırılıb.

YALAN.info Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev uyğun konstitusiya dəyişikliyini təsdiqləyib.

Yada salaq ki, 1997-ci ilə qədər Qazaxıstanın paytaxtı Almatı şəhəri olub. Həmin il ölkənin mərkəzi şəhəri Akmolaya köçürülüb. 1998-ci ildə paytaxtın adı dəyişdirilib və Astana adlandırılıb. 

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin istefasından sonra 2019-cu ildə Kasım-Jomart Tokayevin təşəbbüsü ilə paytaxtın adı Nur-Sultana dəyişdirilmişdi. 

Onu da bildirək ki, Nursultan Nazarbayev 1991-2019-cu illərdə Qazaxıstana rəhbərlik edib. 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın