Şimali Kipr Türk Respublikasında (ŞKTR) 18 bələdiyyə başçısı, 220 bələdiyyə məclisi üzvü, 240 muxtar və 960 ağsaqqallar şurası üzvü yerləri uğrunda seçkilər keçirilir.

YALAN.info “Anadolu”ya istinadən xəbər verir ki, yerli vaxtla saat 08.00-da (Bakı vaxtı ilə 10.00-da) başlayan seçkilər 20.00-da başa çatacaq.

Ali Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə 768 seçki qutusunda səs verəcək seçicilər 6-sı qadın olmaqla 67 namizəd arasından 18 bələdiyyə sədrini seçəcək. Bildirilib ki, ölkədə 208 236 seçici qeydiyyatdadır.

Qeyd edək ki, 1974-cü ildə başlanan Kipr Hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası (ŞKTR) öz müstəqilliyini bəyan edib. ŞKTR-nin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi nümayəndəliyi fəaliyyət göstərir. 2022-ci il avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev ŞKTR-nin dövlət başçısı Ersin Tatarı qəbul edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın