Sevda Yahyayeva məşhur müğənni Nigar Camalın səhvini necə düzəltdi

Müğənni Sevda Yahyayevanın “Hadi ordan” adlı mahnısının düzənləmə işlərinin Amerikada etdirməsi əməlli başlı qalmaqala səbəb olub. Sevdanın tanınmış mügənni həmkarı Nigar Camal mediaya açıqlamasında bildirib ki, Amerikada yaşayan aranjemançı bizim mahnıları heç vaxt başa düşə bilməz.

Bu mənada Sevdanın Amerikada mahnı düzənləndirməsi absurd görünür. O həmçinin yerli şou-bizness nümayəndələrinin türkcə mahnı yazdırmalarını da tənqid edib. ANS TV-nin məlumatına görə, mügənninin bu çıxışına Sevdanın cavabı da özünü çox gözlətmədi.

Nigarla heç bir ədavəti olmayan müğənni onun şou-biznesdə özünə məxsusluğundan da danışdı.

“Ona sual düzgün verilməyib. Mahnı türk bəstəkarından alınıb və Türkiyədə aranjiman olunub. Düzənləmə, yəni masterinq işləri ABŞ-da olunub. Bu mənim türklərdən aldığım ilk mahnıdır. Nigar Camal maraqlı xanımdır. Gördüyü işlər də çox zövqlüdür. Mən o xanımın zövqünü bəyənirəm. Çalışır hər zaman keyfiyyətli işlər görsün. Bu da onda alınır”, – deyə Sevda Yahyayevə həkarından ağızdolusu danışıb.

Müğənni yaxın günlərdə heyranlarnı yeni layihələri ilə sevindirəcək.


Sevda Yahyayeva Nigar Camalın səhvini düzəltdi

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir