“Ukrayna Silahlı Qüvvələri Krımı ələ keçirməyə çalışacağı halda Rusiya Federasiyası Ukrayna ərazisinə nüvə zərbəsi endirə bilər”.

YALAN.info bildirir ki, bu açıqlama ilə Rusiya Federasiyasının keçmiş prezidenti və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev çıxış edib.

Medvedev əlavə edib ki, Rusiyanın özünü qorumaq üçün istənilən növ silahdan istifadə etmək hüququ var. “Artıq mənim sözlərimdən özünüz nəticə çıxarın”, – deyə D.Medvedev vurğulayıb.

Medvedev Haaqa Məhkəməsini hədələdi: “Birbaşa binaya raket ata bilərik”

Yada salaq ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev daha öncə Haaqadakı Məhkəmə binasına Rusiyanın “Oniks” hipersəs raketini ata biləcəkləri ilə hədələyib. Bununla bağlı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsi üçün beynəlxalq order verməsindən sonra Medvedyev öz “Telegram” hesabında paylaşım etmişdi.

“Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri özlərini cəsarətli göstərməyə çalışırlar ki, baxın, ən böyük nüvə gücünə malik dövlətə əl qaldırmaqdan qorxmuruq. Düşünün ki, Şimal dənizindəki Rusiya gəmisindən Haaqa məhkəməsinə hipersonik “Oniks” hipersəs raketləri atıla bilər”, – deyə o bildirib.

Medvedevin sözlərinə görə, belə raketi vurmaq mümkün deyil. O əmin olduğunu bildirib ki, bu zərbəyə cavab olaraq Şimali Atlantika Alyansı ölkələri müharibəyə başlamayacaqlar, çünki bu məhkəmə “yalnız bədbəxt beynəlxalq təşkilatdır, NATO ölkəsinin əhalisi deyil”. Siyasətçi hesab edir ki, alyans cavab zərbəsindən qorxacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın