Çempionlar Liqasında 2015/2016 mövsümünün ən yaxşı futbolçulardan ibarət rəmzi yığması müəyyənləşib. Mirça Luçesku, Ser Aleks Ferqyusson, Savo Miloşoviç, Tomas Şaaf və Devid Moyesin daxil olduğu UEFA-nın texniki ekspertləri geridə qalan mövsümdəki nəticələrə əsasən turnirin ən yaxşılarını seçib.

Rəmzi komandaya UEFA Çempionlar Liqasının sonuncu çempionu Real Madridin 6 oyunçusu daxil olunub. Maraqlıdır ki, kral klubunun qapıçısı Keylor Navas siyahıya daxil ola bilməyib.

Qapıçılar: Yan Oblak (Atletico), Manuel Noyer (Bayern Munich)

Müdafiəçilər: Diyeqo Qodin (Atletico), Xuanfran (Atletico), Tiyaqo Silva (PSG), Serxio Ramos (Real Madrid), Marselo (Real Madrid)

Yarımmüdafiəçilər: Qabi (Atletico), Koke (Atletico), Andres İniesta (Barcelona), Toni Kroos (Real Madrid), Luka Modric (Real Madrid)

Hücumçular: Antuan Qrizmann (Atletico), Luis Suarez (Barcelona), Lionel Messi (Barcelona), Robert Levandovski (Bayern Munich), Kriştianu Ronaldo (Rel Madrid), Qaret Beyl (Real Madrid)

Çempionlar Liqasının rəmzi komandası

Mayın 28-də Real Madrid Çempionlar Liqasının 11-ci dəfə qalibi olub. Finalda penalti zərbələri zamanı Real Atletikoya 5-3 hesabı ilə qalib gəlib. Qarşılaşma Milanın San Siro meydanından keçirilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın