“Biz etirazçıların Azərbaycanın Londondakı səfirliyinə icazəsiz girməsi ilə bağlı insidentdən xəbərdarıq və araşdırmaya dəstək vermək üçün polislə birgə işləyirik”.

YALAN.info bildirir ki, bununla bağlı Böyük Britaniyanın Xarici İşlər Nazirliyindən (XİN) APA-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Böyük Britaniya Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasından irəli gələn öhdəliklərinə ciddi yanaşır, diplomatik ictimaiyyətin və onların binalarının təhlükəsizliyinin mühüm önəm daşıdığını qəbul edir.

Yada salaq ki, avqustun 4-də “Mehdi Xidmətçiləri Birliyi” (The Mahdi Servants Union, öncəki adı Khoddam Al-Mahdi Organization) təşkilatının üzvləri Azərbaycanın Londondakı səfirliyinə hücum ediblər. Binaya soxulanlar binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Qanunu pozanlar artıq London polisi tərəfindən saxlanılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın