Ukraynanın paytaxı Kiyevdə keçiriləcək Eurovision Song Contest 2017 (ESC2017) mahnı yarışmasına qoşulacaq 43 ölkənin adı açıqlanıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının ESC-in rəsmi saytı Eurovision.tv-yə istinadən verdiyi məlumata görə, yarışmaya toplam 43 ölkə qatılacaq. Bu il Rumıniya və Portuqaliyanın da adı siyahıya artırılıb. 62-ci dəfə baş tutacaq yarışma Ukraynanın paytaxı Kiyevdə keçiriləcək. ESC-in yarımfinalı 2017-ci il mayın 9 və 11-də, finalı isə mayın 13-də keçiriləcək. Yarışmanın keçiriləcəyi Beynəlxalq Sərgi Mərkəzinin 11 min tamaşaçı tutumu var. Biletlərlə bağlı bilgilər isə yaxın aylarda açıqlanacaq.

Yarışmaya Azərbaycan təmsilçisi də qoşulacaq. Türkiyə isə ötən il olduğu kimi, bu il də müsabiqəyə qatılmayacaq.

  •      Albaniya
  •      Ermənistan
  •      Avstraliya
  •      Avstriya
  •      Azərbaycan
  •      Belarus
  •      Belçika
  •      Bolqarıstan
  •      Xorvatiya
  •      Kipr
  •      Çexiya Respublikası
  •      Danimarka
  •      Estoniya
  •      Finlandiya
  •      Fransa
  •      Almaniya
  •      Gürcüstan
  •      Yunanıstan
  •      Macarıstan
  •      İslandiya
  •      İrlandiya
  •      İsrail
  •      İtaliya
  •      Latviya
  •      Litva
  •      F. Y. R. Makedoniya
  •      Malta
  •      Moldova
  •      Monteneqro
  •      Hollandiya
  •      Norveç
  •      Polşa
  •      Portuqaliya
  •      Rumıniya
  •      Rusiya
  •      San Marino
  •      Serbiya
  •      Sloveniya
  •      İspaniya
  •      İsveç
  •      İsveçrə
  •      Ukrayna
  •      Böyük Britaniya

Yada salaq ki, İsveçin Stokholm şəhərində keçirilən Eurovision 2016-nın qalibi ukraynalı Jamala olduğuna görə yarışma növbəti ilin may ayında Ukraynada keçiriləcək. “Miracle” mahnısı ilə Azərbaycanı təmsil edən Səmra Rəhimli 17-ci yeri tutmuşdu.


LIVE – Jamala – 1944 (Ukraine) at the Grand Final of the 2016 Eurovision Song Contest

Azərbaycan isə Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı ESC-yə “Running Scared” mahnısı ilə qoşulmuş Eldar Qasımov və Nigar Camal dueti ilə yarışmanın qalibi olmuşdur.


Ell & Nikki – Running Scared (ESC2011 Azerbaijan)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın