ESC-2016 mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Səmra Rəhimli Eurovision haqqında duyğularını bölüşdü: “Vətənimizi təmsil etmək çox böyük qürur hissidir. Yer məndən asılı deyildi. Səsvermə belə oldu. Yaxşı çıxış etmək üçün əlimdən gələni etdim”.

Səmra Sergey Lazerevlə eşq yaşadımı?

Səmra Rusiya təmsilçisi Sergey Lazerevlə sevgili olub-olmaması sualına da cavab verib. Bu barədə açıqlama verən müğənni deyib: “Xeyr. Sadəcə başqa ölkə təmsilçiləri ilə video və foto çəkilişlərimiz olurdu. Sergeyi yaxından tanıdım. Çox sadə insandır. Əlbəttə, deyilənlər yalandır”.

Səmra Rəhimli ATV-nin efirində yayımlanan “ATV Maqazin Onlarla” verilişində yayılan dedi-qodulara münasibət bildirib. Səmra həmçinin müsabiqədən əvvəl yayılan “O, sevir” adlı açıq-saçıq klipindən də danışıb:

“Klip keçən il yayda işıq üzü görmüşdü. İstədik ki, yay əhval-ruhiyyəli olsun. Burada pis heç nə görmürəm”.


Səmra Rəhimli “ATV Maqazin Onlarla” verilişində

 

Öncəki xəbərXamenei: Kim ABŞ-a inanırsa, çox yanılır və yumruq yeyəcək
Sonrakı xəbərTürkiyə Respublikasının prezidenti R.T.Ərdoğan: Almaniya hansı üzlə..
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın