Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 2020-ci ilin noyabr ayından indiyədək mina partlaması nəticəsində ölən şəxslərin sayı açıqlanıb.

YALAN.info bildirir ki, “Report”un xəbərinə görə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) sədr müavini Samir Poladov bildirib ki, ötən dövr ərzində 32 min hektar ərazidən 60 minə yaxın mina zərərsizləşdirilib.

“2020-ci ilin noyabr ayından indiyədək azad edilmiş ərazilərdə 39 şəxs mina partlaması nəticəsində həyatını itirib, 184 nəfər isə yaralanıb. Toplam zərərçəkənlərin sayı isə 223 nəfərdir”, – deyə, o vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın