Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyub Ərdoğan Keniyada türkiyəli media nümayəndələri ilə söhbət zamanı Almaniya Bundestaqının qondarma erməni soyqırımını tanımasına münasibət bildirib. O, Türkiyəyə döndükdən sonra bu məsələni baş nazir və xarici işlər naziri ilə müzakirə edəcəyini və bunun əsasında qərar qəbul edəcəklərini söyləyib:

Almaniya parlamentinin qərarı yaxşılığa doğru deyil. Maraqlı olan odur ki, bu məsələdə bir üst ağıl, üst qat var. Səsvermədə bir nəfər əleyhinə səs verib, bir nəfər də tərəfsiz qalıb. Bu məsələ almanlar üçün bu qədər önəmlidirmi? Ötən il 1915-ci il olaylarının 100-cü ildönümü idi, o zaman niyə qəbul etmədilər? Bunlar düşündürücüdür. Üst ağıldan onlara belə bir göstəriş gəlmiş ola bilər. İndi mənim üçün maraqlıdır, bu qərardan sonra Almaniya rəhbərləri mənə, baş nazirimizə hansı üzlə baxacaqlar əcəba?..”

R.T Ərdoğan Holokostla 1915-ci il hadisələri arasında hər hansı bənzərlik olmadığını bildirib:

1915-ci il hadisələri ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarı çox aydındır. Qərarda ermənilərin bu hadisələrə dair versiyasının mütləq həqiqət olmadığı və sərbəst şəkildə müzakirə edilə biləcəyi, erməni versiyasına qarşı olan fikirlərə isə söz azadlığı çərçivəsində yanaşılmasının vacibliyi, 1915-ci il hadisələri ilə Holokost arasında oxşarlıq qurulmasının yanlışlığı çox açıq bildirilir”.

R.T.Ərdoğan miqrant böhranı və viza sərbəstliyi ilə bağlı məsələlərin Türkiyə-Almaniya arasında deyil, Türkiyə-Avropa Birliyi arasında olduğunu nəzərə çatdıraraq Bundestaqın qərarının bu məsələlərə təsir göstərməyəcəyini vurğulayıb:

“Almaniyadakı hadisəyə Almaniya ilə əlaqəli məsələ kimi baxmaq lazımdır, Türkiyə-AB olayı kimi baxmaq doğru olmaz. Bizim bu barədə mövqeyimiz bəllidir. Bunu Dünya Humanitar Sammiti zamanı hörmətli Merkelə də anlatdım.

Hər iki məsələ eyni anda həyata keçirilməlidir. Belə olmazsa, biz də gərəkli addımları ata bilərik. Biz Avropa Birliyinə verdiyimiz sözlərin arxasında durduq. Amma onlar durmadılar – nə maddi, nə də başqa məsələlərdə”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın