Hollywood ulduzu, Ukrayna əsilli amerikalı aktrisa Milla Yovoviç (Milla Jovovich) Rusiyanın Ukraynaya qarşı başlatdığı mübaribəyə emosional tərzdə reaksiya verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, məşhur aktrisa “Instagram” hesabında Ukraynada baş verənlərin onu necə narahat etməsindən danışıb.

“Vətənim Ukraynada bu həftə baş verən hadisələri anlamağa çalışarkən ürəyim parçalanır və heyrətə gəlirəm. Mənim ölkəmi və xalqımı bombalayırlar. Dostlarım və ailələri gizlənir. Mənim köklərim Rusiyadan olduğu kimi həm də Ukraynadandır. Baş verən dəhşəti, ölkənin dağılmasını, kül olmuş dağıntılarla əhatə olunmuş ailələrin köçürülməsini izləyərkən ürəyim ikiyə parçalanır”, – deyə o bildirib.

“Mən atamın vətəni olan keçmiş Yuqoslaviyadakı müharibəni və ailəmin yaşadığı travma və terror haqqında danışdıqları hekayələri xatırlayıram. Müharibə. Həmişə müharibə. Sülh gətirə bilməyən liderlər. İmperializmin heç vaxt bitməyən canavarı. Həmişə xalq qan və göz yaşı ilə ödəyir”.

Xatırladaq ki, Milla Yovoviç 1975-ci ildə Kiyevdə anadan olub. 1980-ci ildə o valideynləri ilə birlikdə Londona, daha sonra isə ABŞ-a köçüb. Onun anası Qalina Loqinova Ukraynada, atası Boqdan Yovoviç isə Monteneqroda böyüyüb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın