Aprelin 6-da CNN tərəfindən yayımlanan sorğuya görə, Amerika Birləşmiş Ştatlarında vətəndaşların az bir qismi indiki prezident Co Baydenin qarşıdan gələn 2024-cü il seçkilərində yenidən seçilməyə layiq olduğunu düşünür.

YALAN.info bildirir ki, mart ayında keçirilən sorğuya görə, rəyi soruşulan ABŞ vətəndaşlarıının yalnız 32 %-i Baydenin yenidən seçilməsini dəstəkləyir.

Gənc nəsil (35 yaşa qədər) arasında bu göstərici daha da aşağıdır – 26 %. Həmçinin, Baydenin populyarlığının ciddi şəkildə azalması liberal düşüncəli mühitdə də qeydə alınır. Dekabrda liberal respondentlərin 63 %-i təkrar seçkiləri dəstəkləyib, martda isə bu rəqəm 53 %-dək azalıb.

Araşdırmaya görə, Ağ Ev rəhbərinin ümumi reytinqi bu ilin yanvarı ilə müqayisədə üç faiz bəndi azalaraq 42 %-ə düşüb. Onu da bildirək ki, sorğu elektron poçt və telefon vasitəsilə aparılıb. Araşdırmada təxminən 1,6 min yetkin ABŞ vətəndaşı iştirak edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın