Xalq artisti Filip Kirkorov Rusiya Federasiyasında yaşayan azərbaycanlı müğənni Emin Ağalarovun “Jara” festivalına qoşulub. Səhnəyə çıxan F.Kirkorov tamaşaçılarla Azərbaycan dilində salamlaşıb: “Rusiya Federasiyasının Xalq Artisti Filip Kirkorovun qonaqları Azərbaycan”.

O, Bakıya olan heyranlığından və azərbaycanlıların qonaqpərvərliyindən danışıb: “Hər dəfə Bakıya həvəslə və həyəcanla gəlirəm. Bakı dünyanın ən gözəl şəhəridir. Buranın təbiəti, mənzərələri çox gözəldir”.

Qeyd edək ki, müğənni bir müddət öncə açıqlamasında Bakıya çox gəlmək istədiyi, amma bir sıra çətinliklər yaşadığını bildirmişdi. O, demişdi ki, Azərbaycanda konsert vermək istəyir.

Öncəki xəbərErməni quldurlarının girov götürdüyü Dilqəm Əsgərovdan ailəsinə məktub
Sonrakı xəbərPrezident İlham Əliyev Varşavada NATO Sammitinin açılışına qoşulub
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın