Rusiya Federasiyası ərazisində Facebook və Twitter sosial şəbəkələrinə giriş bloklanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) məlumat yayıb.

Xidmətin məlumatına görə, sayta giriş “İnformasiya, informasiya texnologiyaları və informasiyanın mühafizəsi haqqında” federal qanunun iğtişaşlara, ekstremist çağırışların yer aldığı saytlara girişin məhdudlaşdırılması prosedurunu tənzimləyən 15.3-cü maddəsinə uyğun olaraq məhdudlaşdırılıb.

Məlumatda deyilir ki, 2020-ci ilin oktyabr ayından Facebook tərəfindən Rusiya mediasına və informasiya resurslarına qarşı 26 diskriminasiya faktı qeydə alınıb.

Son günlər bir sıra media orqanlarının Facebook sosial şəbəkə hesablarına girişi məhdudlaşdırılmışdı. Bunların arasında “Zvezda” telekanalı, “RIA Novosti” xəbər agentliyi, “Sputnik”, “Russia Today”, “Lenta.ru” və “Gazeta.ru” informasiya resursları var.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın