ABŞ prezidenti Co Baydenin reytinqi ölkədə yüksək qiymətlərlə bağlı narahatlıqlar və Meksika ilə sərhəddə təhlükəsizlik problemlərinə görə yeni rekord həddə düşüb. Bunu Monmut Universitetinin sorğusunun nəticələri göstərib.

YALAN.info bildirir ki, respondentlərin yalnız 34 %-i ABŞ liderinin hərəkətlərini bəyəndiyini söyləyib.

Müqayisə üçün qeyd edək ki, Bayden vəzifəyə gələndə bu rəqəm 54 % olub. Bundan başqa, ABŞ sakinlərinin üçdə ikisindən çoxu prezidentin inflyasiya və immiqrasiyaya yanaşmasını bəyənmir.

On amerikalıdan yalnız üçü Baydenin onlar üçün ən önəmli olan məsələlərə diqqət yetirdiyini söyləyib.

Sorğuya görə, respondentlərin yalnız 12 %-i maddi durumlarının yaxşılaşdığını, 44 %-i isə olduqları səviyyədə qalmaq üçün mübarizə apardıqlarını vurğulayıb.

Telefon sorğusu noyabrın 30-dan dekabrın 4-dək aparılıb və sorğuda 803 nəfər iştirak edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın