Serebro (Серебро) qrupunun qızları Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı, müğənni və bəstəkar Emin Ağalarovun təşkilatçılığı ilə Bakıda keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalına qoşuldu. Qrupun cazibədar üzvləri eyni zamanda Xəzər dənizi sahilində dincəliblər. Dənizə girən qızlar fotolarını sosial şəbəkədə paylaşıblar.
Çimərlik geyimində fotosunu paylaşan Serebro qrupu Bakılı fanatlarına “Salam Bakı. Ən yaxşı çimərliklər haradadır?” sualını ünvanlayıb.
Festivalda Zülfiyyə Xanbabayeva, Polad Bülbüloğlu, Filip Kirkorov, Aleksandr Revva, Vlad Sokolovski, Artik və Asti dueti, Anita Tsoy, Tomas Nevergreen, “Suxiye” qrupu, Azər Nəsibov, Slava, Loboda, Sati Kazanova, Polina Qaqarina, Səmra Rəhimli və başqaları çıxış ediblər.

Qeyd edək ki, festival Bakıda hər il keçiriləcək. Builki proqram iki gün – 9 və 10 iyul tarixlərində baş tutub. Gələn il “Jara” Beynəlxalq Musiqi Festivalının üç-dörd gün davam edəcəyi gözlənilir.


