Futbol üzrə Azərbaycan Misli Premyer Liqasında XVIII turu və mövsümün ilk yarısının oyunları başa çatıb.

YALAN.info bildirir ki, ilin sonuncu oyununda “Zirə”nin qonağı olan “Qarabağ” FK 1-0 hesablı nəticəyə sevinən tərəf olub.

Qarşılaşmada yeganə qolu 30-cu dəqiqədə Toral Bayramovun ötürməsi ilə Ağdam təmsilçisinin braziliyalı hücumçusu Olavio Juninyo vurub.

Misli Premyer Liqası 2023/2024 XVIII tur “Zirə” 0-1 “Qarabağ”

Bu nəticədən sonra xallarının sayını 41-ə çatdıran “köhlən atlar” liderliyini gücləndirib. “Qartallar” 29 xalla ikinci sıradadır.

Onu da bildirək ki, turun öncəki oyunlarında “Qəbələ” “Sabah”ı, “Sumqayıt” “Səbail”i 1:0 hesabı ilə üstələyib. “Turan Tovuz” “Araz-Naxçıvan”ı (3:1), “Neftçi” isə “Kəpəz”i (2:0) məğlub edib.

Azərbaycan Premyer Liqası: Turnir Cədvəli

#KomandaOQHMVQBQTFXal
1Qarabağ FK18132345143141
2Zirə188551310329
3Neftçi188462117428
4Sumqayıt187651923-427
5Səbail187562627-126
6Araz PFK187562019126
7Turan Tovuz186482928122
8Sabah FK186482522322
9FK Kəpəz1835101129-1814
10Qəbələ FK1842121232-2014

Bombardirlər:

  • Olavio Juninyo (Qarabağ) – 13 qol
  • Aleksandr Ramalinqom (Səbail) – 7 qol
  • Yassin Benzia (Qarabağ) – 6 qol
  • Hamidu Keyta (Qarabağ) – 6 qol
  • Leandro Andrade (Qarabağ) – 6 qol
  • Otto Con (Turan Tovuz) – 6 qol

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın